Yuxarı

Təbriz “Traktor”u Çempionlar Liqasına qələbə ilə başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbriz “Traktor”u Çempionlar Liqasına qələbə ilə başladı

İran Kubokunu qazanmaqla Asiya Çempionlar Liqası oyunlarına vəsiqəni təmin edən Təbrizin "Traktor" futbol komandası artıq ilk oyununu keçirib.

Bu gün təbrizlilər Səudiyyə Ərəbistanının "Əlittihad" komandasını qəbul edib. Təbrizin Səhənd stadionunda keçirilən oyun az öncə sona çatıb.

Oyunun birinci hissəsində "Traktor" oyunçuları aktiv görünsələr də, heç bir komanda qol vura bilməyib. İkinci hissədə isə "Traktor" tərəfindən 1 qol vurulub və stadiondakı 50 mindən çox azarkeşə coşqu yaşadıb. Oyunda qeydə alınan tək qol "Traktor"un oyunçusu Kərim Ənsarifərd tərəfindən vurulub.

Bununla da "Traktor-Əlittihad" oyunu 1 - 0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb. Oyunun 59-cu dəqiqəsində Azərbaycanın quzeyində də yaxşı tanınan, İran millisinin oyunçusu Əli Kərimi ikinci sarı kart alıb və oyunu tərk edib. "Traktor" 10 nəfər oyunçu ilə yarışı davam etsə də, rəqibini məğlubiyyətə uğradıb. ("GünAz Tv")

Tarix
2014.02.26 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla