Yuxarı

Qriqorçuk "Qəbələ"nin qələbəsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqorçuk "Qəbələ"nin qələbəsindən danışdı

MTK ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük.

APA-nın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə MTK (Macarıstan) üzərində qələbə qazanan (2:1) komandanın ukraynalı çalışdırıcısı fikirlərini klubun saytına açıqlayıb: "MTK yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var. Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki olaraq da güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük.

Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi. Düşünürəm ki, cavab oyunu da oxşar tərzdə keçəcək. Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi də şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadı və cavab qarşılaşmasında ciddi matç olacaq".

Tarix
2016.07.15 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla