Yuxarı

"Qarabağ" UEFA ÇL-də çıxış etməməlidir - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" UEFA ÇL-də çıxış etməməlidir - Qurbanov

Real baxdıqda, Azərbaycan klubu UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

İtaliyalı jurnalistin sualını cavablandıran mütəxəssis Ağdam klubunun inkişafından danışıb:

"Azərbaycan futbolunun reallığından danışsaq, klubumuz UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir. Lakin bizim hədəfimiz daim inkişaf etmək, irəliyyə adımlamaq və uğur qazanmaqdan ibarətdir. İldən-ilə gücümüzü artırmağa çalışırıq. Bizim arzumuz qitənin ən nüfuzlu klub turnirində bacardığımız qədər çox çıxış etmək və maksimum irəli getməkdir. Turnir cədvəlində bizə rəqib olan komandalarla oyunlardan zövq almağa çalışırıq. Nəticə qazana bilməsək belə, böyük komandalara qarşı öz cəsarətli çıxışlarımızla yadda qalmaq istəyirik. Builki nəticələrimizə görə çox sevinirik və özümüzə inam hissi artmaqdadır".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Tarix
2025.11.24 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla