Yuxarı

“Neftçi”nin yeni baş məşqçisi Bakıya gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”nin yeni baş məşqçisi Bakıya gəldi

“Neftçi”nin baş məşqçi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.

59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.

Qeyd edək ki, bakılıları son bir ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-ü, Premyer Liqanın 13-cü turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətin ertəsi günü istefaya göndərilib.

Tarix
2025.12.06 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla