Yuxarı

Qurbanov Bikalyo ilə bağlı bu xəbəri təsdiqlədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov Bikalyo ilə bağlı bu xəbəri təsdiqlədi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Braziliya klubundan futbolçu Pedro Bikalyo üçün təklif gəldiyini təsdiqləyib.

Axar.az-ın məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.

O, Misli Premyer Liqasının XVI turunda "Qəbələ"ni məğlub etdikləri oyundan (2:1) sonra braziliyalı oyunçunun Ağdam təmsilçisindəki taleyi ilə bağlı danışıb:

"Bəli, ona təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki oyunçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".

Qeyd edək ki, "Botafoqo" klubu Pedro Bikalyo ilə maraqlanır.

Tarix
2025.12.21 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla