Yuxarı

“Liverpul”la oyun var, hər şey mümkündür - Duran

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Liverpul”la oyun var, hər şey mümkündür - Duran

“Qarabağ”a gələrkən belə bir mükafat qazanacağımı gözləmirdim. Arzum həmişə Çempionlar Liqasında oynamaq idi. Şükür Allaha, oynayıram və qollar vurmağa davam edirəm. Həqiqətən bu, gözlədiyimdən də artıqdır.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın oyunçusu Kamilo Duran UEFA Çempionlar Liqasının VII turunda “Ayntraxt” (Almaniya) ilə oyunda “dubl” edərək matçın ən yaxşısı seçilməsi barədə jurnalistlərə açıqlamasında deyib.

Matçın 4-cü və 79-cu dəqiqələrində qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olan 24 yaşlı kolumbiyalı yarımmüdafiəçi hisslərini belə ifadə edib:

“Çətin rəqibə qarşı oynayırdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Bu hədəflə meydana çıxmışdıq. Şəxsi karyeramda bu mükafatın yeri başqadır. Bu, məni çox işləməyə və daha çox qollar vurmağa sövq edəcək. Hamı çox xoşbəxtdir. Amma bununla da bitmir. Qarşıda “Liverpul”la oyun var. O zaman da hədəflərə çatmaq istəyəcəyik. Hər şey mümkündür”.

Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 36 komanda arasında 18-ci pillədə yer alıb.

Tarix
2026.01.22 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla