Yuxarı

Qurban Qurbanovdan pley-off açıqlaması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanovdan pley-off açıqlaması

Öz futbolçularımızı, futbol camiəmizi, xalqımızı təbrik etmək istəyirəm. Belə böyük turnirdə böyük bir addım atdıq, həqiqətən sevindiricidir.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"la görüşdən (0:6) sonra İctimai TV-yə açıqlamasında deyib.

Ağdam təmsilçisi matçda uduzsa da, turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsqə qazanıb.

Q.Qurbanov komandasının bu uğurunu belə şərh edib:

"Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik.

0:6 məğlub olsaq da, çox sevincliyəm. İlk 24-lüyə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0-1, 0-2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".

O, pley-off mərhələsinin püşkatması haqda da danışıb. "Qarabağ"ın potensial rəqibləri PSJ və "Nyukasl"dır.

Q.Qurbanov isə bu barədə deyib:

"Fikir bildirmək mənim üçün bir məşqçi kimi çətin olar. Bəlkə də düzgün olmaz. Xeyirlisini Allahdan istəyəcəyik. Hansı azarkeşlərimiz üçün daha faydalıdırsa, zövqlüdürsə, hansı bizim xeyrimizədirsə, o olsun. İstənilən halda bunlar böyük klublardır. Biz oturub püşkdə hansı klubun düşməsini arzu etməməliyik. Hansı düşsə, onunla qarşılaşacağıq".

Qeyd edək ki, pley-offun püşkü sabah atılacaq.

Tarix
2026.01.29 / 02:19
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla