Yuxarı

ÇL-da “Qarabağ” kimi yeni qəhrəmanlara ehtiyac var - Qleb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÇL-da “Qarabağ” kimi yeni qəhrəmanlara ehtiyac var - Qleb

Belarus millisinin, “Barselona” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 44 yaşlı futbol adamı bu barədə Rusjyanın “Sport-ekspress” qəzetinə müsahibəsində danışıb. O, bu zaman Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına da toxunub.

Veteran futbolçu “Ayaks”, “Napoli” və “Marsel” kimi nəhənglərin kənarda qaldığı halda, “Qarabağ” və “Budyo-Qlimt”in pley-offa yüksəlməsini ədalətli hesab edib. O, futbolun yeni qəhrəmanlara ehtiyacı olduğunu vurğulayıb:

"Əgər onlar ora düşüblərsə, deməli, buna layiq olublar. Böyük ad özü-özlüyündə nə oyunları, nə də turnirləri qazandırır, baxmayaraq ki, əlbəttə, rəqiblərə müəyyən təsir göstərir. Amma axı həmişə eyni komandalar diqqət mərkəzində qala bilməz. Yeni qəhrəmanlara da ehtiyac var! “Budyo-Qlimt” və “Qarabağ”ın özlərindən gur səslə söz etdirməsi yaxşıdır. Bu, savadlı məşqçilər, motivasiyalı futbolçular və keyfiyyətli seleksiya olduqda Avropada müəyyən uğurlar qazana biləcək digər güclü komandalar üçün əla nümunədir".

Qleb “Qarabağ”ın növbəti mərhələ şanslarını da real qiymətləndirməyə çalışıb. O, Ağdam klubunu “Nyukasl”la ağır oyun gözlədiyini, lakin itiriləcək heç nəyin olmadığını bildirib:

"Açığı, onların 1/8 finala yüksələcəyini təsəvvür etmək mənə çətindir. Onları aşkar favoritlərlə görüşlər gözləyir: norveçliləri “İnter”, azərbaycanlıları “Nyukasl”la oyunlar. Digər tərəfdən, belə komandaların itirəcəyi bir şey yoxdur, iştah isə yemək zamanı artır. Pley-off mərhələsində ustalıqdan başqa bəxt də çox böyük rol oynayır. Bəzən hər şeyi şansla birbaşa bağlı olan ayrı-ayrı epizodlar həll edir".

Tarix
2026.02.07 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla