Yuxarı

ABŞ klubundan Nəriman açıqlaması: Yeni nəfəs...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ klubundan Nəriman açıqlaması: Yeni nəfəs...

Nəriman komandaya yeni nəfəs gətirəcək. Həm texnikası, həm də çox çalışması bizim oyun tərzimizə tam uyğundur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın "Kolombus Kryu" klubunun baş meneceri İssa Toll Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferi barədə danışarkən deyib.

O, 22 yaşlı hücumçunu komandada görməkdən şad olduqlarını bildirib:

“Gənc olmasına baxmayaraq, o, artıq həm öz ölkəsində, həm Avropada, həm də milli komandada yaxşı təcrübə qazanıb. Onu komandamızda görməyə şadıq və bizimlə birlikdə necə daha da inkişaf edəcəyini maraqla gözləyirik”.

Qeyd edək ki, Nəriman Axundzadə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Futbolçu Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış hücumçu əsas millinin heyətində 13 matç keçirib.

Tarix
2026.02.10 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla