Yuxarı

Prezidentdən sirli təyinat - Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurgün Motors"un prezidenti Nuru Əliyevin sahibi olduğu klubda - "Rəvan"da yeni təyinat gerçəkləşib.

"Axar.az" xəbər verir ki, İlqar Axundov İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilib.

Ancaq bu təyinatla bağlı bəzi suallar ortaya çıxır. Belə ki, bütün klublarda, hətta AFFA və PFL-də də ictimaiyyətlə əlaqələr mətbuat xidməti ilə bir şöbədə birləşdirilib. Mətbuat xidmətinin rəhbəri ictimaiyyətlə əlaqələrə də cavabdehdi. İlqar Axundovun təyinatına qədər "Rəvan"da da belə olub. Elə isə sual yaranır: Nədən "Rəvan"da İctimaiyyətlə Əlaqələr Departamentini mətbuat xidmətindən ayıraraq müstəqil şöbə kimi formalaşdırmaq zərurəti yaranıb? "Rəvan" elə də böyük və varlı klub deyil ki, orda bu işləri həyata keçirtmək üçün ayrıca şöbəyə ehtiyac duyulsun. Klubda çalışan, adının çəkilməsini istəməyən şəxsin saytımıza verdiyi məlumata görə, əslində İlqar Axundov "Rəvan"a vitse-prezident postuna gətirilib. Belə ki, bir müddət əvvəl Bəhruz Şirəliyevin bu postdan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı. Mənbə bildirir ki, bu məlumat dəqiq olub. İlqar Axundov da həmin vaxt klubun düşərgəsində görünüb. Amma sonradan Bəhruz Şirəliyev müəyyən vasitələrlə vəzifəsini qoruya bilib. Məcburiyyət qarşısında qalan klubun sahibi Nuru Əliyev Mətbuat və İctimaiyyətlə Əlaqələr Deparatamentini 2 yerə parçalayaraq İlqar Axundovu ora təyin edib. Məlumata görə, Axundov bu vəzifədə müvəqqətidir. Belə ki, Bəhruz Şirəliyev özünə münasib iş tapandan sonra vəzifəsindən gedəcəyini bildirib. Onun gedişindən sonra Axundov vitse-prezident postunda oturacaq.

Məsələ ilə bağlı klub rəhbərliyinin də mövqeyini öyrəndik.

Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov İlqar Axundovun təyinatını təsdiqlədi: "O, İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin edilib".

"Bəs sizin vəzifəniz nədən ibarətdir" sualına isə Elvin bəy belə cavab verdi: "Mən sərf mətbuatla bağlı məsələlərə cavabdehəm".

Klub rəsmisi İlqar Axundovun Bəhruz Şirəliyevin yerinə gətirilməsi ilə bağlı məlumatı təkzib etdi: "Bu cür xəbərlərin hardan qaynaqlandığını bilmirəm. Bəhruz Şirəliyev vəzifəsini icra etməkdə davam edir. Onun çıxarılması haqda mətbuatda təxminən 2 aydır məlumatlar dərc olunsa da, o, işinin başındadır".

Tarix
2014.03.04 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla