Yuxarı

Məşhur futbolçu Nərimanla komanda yoldaşı oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur futbolçu Nərimanla komanda yoldaşı oldu

Azərbaycanlı futbolçu Nəriman Axundzadəni transfer edən ABŞ-ın "Kolambus Kryu" klubu heyətini məşhur yarımmüdafiəçi ilə gücləndirib.

Axar.az Report-a istinadən xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.

Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Sözləşmədə müddətin daha 1 il uzadıla biləcəyi barədə bənd də yer alıb.

Xatırladaq ki, karyerası ərzində Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", "Barselona", İngiltərənin "Everton" və Fransanın "Lill" klublarında çıxış edən Qomeş bir çox uğura imza atıb. O, "Barselona" ilə İspaniya çempionu (2017/18) olub, iki dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. "Benfika"nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya klubunda çempion, ölkə kubokunun və liqa kubokunun qalibi olub.

Portuqaliya yığmasının heyətində 29 oyun keçirən təcrübəli oyunçu 2016-cı ildə Avropa çempionu tituluna sahib çıxıb.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Tarix
2026.02.20 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla