Yuxarı

Azərbaycanın 4 klubu Barselonada - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselonada Avropa Futbol Klubları Assosiasiyası Baş Assambleyasının (ECA) 12-ci iclası keçirilib. ECA Avropanın 53 ölkəsindən 214 futbol klubunu özündə birləşdirir və klub futbolunun maraqlarını təmsil edir. İclasda Azərbaycandan 4 klub – "Neftçi", "Azal", "Bakı", "Xəzər-Lənkəran" təmsil olunub.

Avropanın diqqət mərkəzində olan builki iclasın əsas müzakirə mövzusu UEFA və FİFA tərəfindən tətbiq olunan on yenilik olub. Bununla yanaşı, klubların nümayəndələrinə ECA-nın sifarişi ilə hazırlanmış, Avropa futbolunda transfer prinsiplərinə həsr olunmuş geniş tədqiqatın nəticələri təqdim edilib. Qurumun idarə heyətində də dəyişiklik olub. Belə ki "Celtic" klubunun baş direktoru Piter Lauyell idarə heyətinə yeni üzv seçilib.

İclasda ECA-nın klubdaxili transfer məsələlərində şəffaflığın monitorinqinin aparılması əsas təkliflərdən olub. İştirakçılar bu il ilk dəfə olaraq bu rəqəmləri plenar iclaslar çərçivəsində təqdim ediblər. İclasın yekunundan sonra həmin rəqəmlər açıqlanıb. Belə ki, 2011-2012-ci və 2012-2013-cü illər üçün Avropa klublarının beynəlxalq və yerli səviyyədə həyata keçirdikləri oyunçu transferlərindən əldə olunmuş gəlir 4 milyard 853 milyon avro təşkil edib. Qurumun baş katibi Mikele Centenarionun dediyinə görə, bu rəqəm əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu rəqəmləri tənzimləmək üçün klublara ən adi şirkətlərə tətbiq olunan iqtisadi tələblər tətbiq ediləcəkdir. Bunlara vergi, transfer sayı, əmək haqları və sair daxildir.

Yeniliklərdən digəri isə 2013-2014-cü il mövsümündən etibarən Avrokubokda yeni - UEFA Gənclər Liqasının fəaliyyətə başlaması olacaqdır. Bu, UEFA Çempionlar Liqasının 32 klubunun gənclərdən ibarət heyətlərinin çempionatı olacaqdır.

İclasda bildirilib ki, FİFA bu il Braziliyada keçiriləcək dünya çempionatının təşkilati məsələlərinə 70 milyon avro vəsait ayırıb. Xatırlanıb ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında iştirak edən futbolçuların 75 faizi Avropa klublarında çıxış edən oyunçular olub. (AzərTac)

Tarix
2014.03.04 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla