Yuxarı

O qalmaqal olmamalı idi - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
O qalmaqal olmamalı idi - Qurbanov

“Sabah”ın məşqçisinə qarşı təəssüf hissi o oldu ki, qalmaqal heç olmamalıydı. Bəzən belə qalmaqallar futbolçularda daha çox məsuliyyət yaradır. Mən ümumiyyətlə belə hallarda vərəqə verilməsinin əleyhinəyəm. Qırmızı vərəqə olmamalıdır. Bu, içəridən gələn, yəni kin deyil. Bu, sırf futbolla bağlı haldır. Bəzən öz aramızda futbol oynayırıq. Orada söyüş belə olur. Futbolda belə hallar baş verir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün bu qədər qol vuracağımızı düşünməmişdim. “Araz-Naxçıvan” həmişə baxımlı oyun oynayır.

Balaca qızım da oyunda idi. Dəstəyini hiss edirdim. Əsas qardaşıdır, o da dəstəyini hiss edirdi.

Komanda artımının hər zaman tərəfdaşı olmuşam. Ümumən böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Ən azında builki mənfilərə görə, gələn il böyük nöqsanları düzəldə bilərsən. Artım belə olur. Komanda belə formalaşır. Qüsurlar var, lakin bunlar gözləniləndir. Bölgələrdə komandaların sayının çoxaldımasının tərəfdarıyam, bu, futbola sevgini artırır”.

Qeyd edək ki, bir neçə gün öncə matç zamanı “Sabah”ın baş məşqçi köməkçisi Valerio Zuddas “Qarabağ”ın köməkçi məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etmişdi. Bu səbəbdən tərəflər arasında əlbəyaxa dava olmuşdu.

Tarix
2026.03.08 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla