Yuxarı

Güləşçimiz dünya çempionu oldu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçimiz dünya çempionu oldu - Video

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Axar.az-a verilən məlumata görə, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.

84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov dünya çempionatının qızıl medalını qazanıb.

Tarix
2016.09.01 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla