Yuxarı

İspan klubundan Durana 12 milyonluq təklif

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspan klubundan Durana 12 milyonluq təklif

Çempionlar Liqasında yaxşı çıxış etməsi “Qarabağ”ın oyunçularına marağı artırıb. Xüsusilə qolçuluq bacarığını göstərən Kamilo Duran diqqət mərkəzinə düşüb.

Axar.az Bizim.media-ya istinadən xəbər verir ki, bir neçə klubun transfer hədəfində olan 24 yaşlı kolumbiyalının indi də La Liqaya yollanmaq ehtimalı yaranıb.

Sosial şəbəkələrdəki xəbər qaynaqlarında Duranın “Jirona”ya yollanmaq variantından bəhs edilir. Klublardan bu barədə hər hansı açıqlama yoxdur, fərqli mənbələr isə eyni məlumatı paylaşır.

Yazılanlara inansaq, “Jirona” yayda ağdamlıların qapısını döyəcək. İspaniya təmsilçisi Kamilo üçün 12 milyon avro xərcələməyin əleyhinə deyil.

Qeyd edək ki, “Qarabağ” Duranı ötən yay Portuqaliya təmsilçisi “Portimonense”dən transfer edib. Kolumbiyalının 2028-ci ilin iyununadək müqaviləsi var.

Tarix
2026.03.28 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla