Yuxarı

Cüdoçularımızdan İspaniyada tarixi uğur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımızdan İspaniyada tarixi uğur

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib.

Axar.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi bu mötəbər yarışda tarixi uğura imza atıb.

Gənc cüdoçular Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komanda tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibinə 2:3 hesabıyla uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.

Yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) Azərbaycan millisinə qızıl medal qazandırıblar.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.

Tarix
2016.09.18 / 22:58
Müəllif
Əkbər Qoşalı
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla