Yuxarı

Avropa çempionatının loqosu təqdim edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa çempionatının loqosu təqdim edildi

Bu gün Bakı Olimpiya Stadionunda UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimat mərasimi keçirilib.

Axar.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, AFFA-nın rəhbərliyi, Avro-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarının Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, tədbirin xüsusi qonağı, dünya futbolunun tanınmış simalarından biri, Avro-1988-in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin aparıcıları tərəfindən çıxış üçün səhnəyə ilk olaraq Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov dəvət olunub. Sonra UEFA-nın prezidenti Aleksander Çeferin çıxış edib.

Ardınca, indiyə qədər keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən qısa videoçarx nümayiş olunub. Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları Avro-2020-nin oyunlarının ev sahibliyinə iddia irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər.

Tədbirin sonunda səhnəyə dəvət olunan akrobatların maraqlı çıxışının müşayiəti ilə UEFA Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim olunub.

Tarix
2016.10.01 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla