Yuxarı

"Neftçi" fəaliyyətini dayandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" fəaliyyətini dayandırdı

"Neftçi" idman klubu fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, Azərbaycanın ən böyük idman klubunun əməkdaşları qeyri-müəyyən müddətə öz hesablarına məzuniyyətə göndəriliblər.

"Neftçi" idman klubunun strukturunda 12 idman qurğusu və 3 istirahət mərkəzi fəaliyyət göstərir. Bu qurğularda idmanın 36 növü üzrə 169 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərir. İstirahət mərkəzlərində isə neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti yüksək səviyyədə təşkil olunur və onlara müasir standartlara cavab verən səviyyədə xidmət edilir.

"Neftçi" idman klubunun strukturunda idman qurğuları bunlardır: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, İsmət Qayıbov adına Təlim-İdman Bazası, Təlim-Məşq Kompleksi, "Məşəl" İdman Kompleksi, Pirallahı stadionu və idman zalı, "Qaradağ" təlim-idman kompleksi, Siyəzən, Şirvan, Neftçala stadionları, İdman zalı kompleksi, Sumqayıt İdman Zalı Kompleksi və Sumqayıt Təlim-İdman Zalı.

Budan başqa, klubun strukturunda "Nabran" İstirahət Zonası, "Geofizik" İstirahət Zonası və "Şahdağ" İstirahət Zonası fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti təşkil olunurdu.

Klubun idarəetmə aparatının rəhbəri "Neftçi" futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqovdur.

Tarix
2016.10.11 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

Bakıda orqan alveri: tanınmış həkim həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla