Yuxarı

"Qarabağ"dan qələbə, "Qəbələ"dən heç-heçə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"dan qələbə, "Qəbələ"dən heç-heçə

Oktyabrın 25-də futbol üzrə Topaz Premyer Liqasında IX tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun sonuncu matçında "Qarabağ" komandası "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

"Baksell Arena"da keçirilən oyunda hesab matçın 29-cu dəqiqəsində açılıb. Rahid Əmirquliyev adını tabloya yazdırıb. Oyunun 90-cı dəqiqəsində isə "Qarabağ"ın hücumu zamanı "Neftçi"nin futbolçusu Jayro Rodriges topu öz qapısına göndərib - 0:2. Bundan sonra qapılara qol vurulmayıb və Qurban Qurbanovun komandası oyundan üç xalla ayrılıb.

Günün digər qarşılaşmasında lider "Qəbələ" səfərdə "Sumqayıt"ın müqavimətini qıra bilməyib: 2-2.

Beləliklə, doqquz turdan sonra turnir cədvəlinə aktivində 21 xalı olan "Qəbələ" komandası başçılıq edir. Xal ehtiyatını 19-a çatdıran "Qarabağ" ikinci pilləyə yüksəlib. Hesabında 16 xal olan "İnter" üçüncü sırada qərarlaşıb. Hər birinin hesabında 11 xal olan "Kəpəz" və "Zirə" dördüncü və beşinci pilləni bölüşdürür. "Sumqayıt" (9 xal) altıncı, "Neftçi" (6 xal) yeddincidir. Doqquz oyundan cəmi üç xal toplayan AZAL isə sonuncu sıradadır.

Topaz Premyer Liqasının növbəti – onuncu turunun oyunları oktyabrın 29-30-da keçiriləcək.

Tarix
2016.10.25 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla