Yuxarı

Şeydayev oynadı, komandası mərhələ adladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeydayev oynadı, komandası mərhələ adladı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Trabzonspor" Türkiyə kuboku uğrunda növbəti oyununa çıxıb.

APA-nın məlumatına görə, Qaradəniz təmsilçisi səfərdə "Çorum Bələdiyyəspor"la qarşılaşıb.

Start heyətində oyuna qoşulan Şeydayev 45 dəqiqə mübarizə aparıb. Baş məşqçi Ərsun Yanal ona yarımmüdafiənin sağ cinahında şans verib. Yığmamızın üzvü ilk hissə ərzində yalnız 3 dəfə cinah ötürməsi ilə yadda qalıb. Yanal fasilədən sonra hücumçumuzu Mehmet Ekici ilə əvəzləyib.

O ki qaldı matça, "Çorum Bələdiyyəspor" 23-cü dəqiqədə gözlənilmədən hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Qonaqlardan Dame Ndoye 85-ci dəqiqədə hesabı bərabərləşdirib. 109-cu dəqiqədə Okay Yokuşlunun vurduğu qol isə "Trabzonspor"a əzmkar qələbə qazandırıb – 2:1.

Tarix
2016.10.27 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla