Yuxarı

Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.

Axar.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanan cüdoçumuz həlledici görüşdə Braziliya təmsilçisi Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

Beynəlxalq turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandr Kukolja uduzaraq, təsəlliverici görüşə qatılıb. T.Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, turnirin ikinci günündə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı turnirdə Azərbaycan millisi 12 idmançı ilə təmsil olunub.

Tarix
2016.10.30 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla