Yuxarı

Milli Olimpiya Komitəsində seçkilər keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Olimpiya Komitəsində dekabrın 1-də növbəti 4 il müddətinə seçkilər keçiriləcək.

Report-un məlumatına görə, qapalı iclasda MOK-un vitse-prezidentləri, İcraiyyə Komitəsinin və Təftiş Komisiyyasının yeni üzvləri, həmçinin baş katib müəyyənləşəcək.

Hazırda Komitəyə ölkə Prezidenti İlham Əliyev rəhbərlik edir. MOK-un İcraiyyə Komitəsinin üzvləri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Çingiz Hüseynzadə, millət vəkilləri Ağacan Abiyev, Rauf Əliyev, Əməkdar İdman Ustası Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, əməkdar bədən tərbiyəsi və idman ustası Rəfiqə Şabanova, Natiq Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Zərifə Salahova, Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarovdur. Daha bir üzv, Azərbaycanın tanınmış futbolçusu Ələkbər Məmmədov isə vəfat edib.

Qurumun vitse-prezidentləri A.Rəhimov, Ç.Hüseynzadə və X.İsayev, baş katibi isə A.Abiyevdir.

Qeyd edək ki, qurumun prezidentinin səlahiyyət müddəti 8, digər üzvlərdə isə 4 ildir.

Tarix
2016.12.01 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla