Yuxarı

"Qalatasaray" Mançini ilə bağlı qərarını verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini yeni mövsümdə də komandanı çalışdıracaq.

Azarkeşlərin italiyalı mütəxəssisin istefaya göndərilməsini tələb etməsinə baxmayaraq, klub rəhbərliyi hazırkı baş məşqçi ilə yolları davam etməyi qərara alıb.

Qeyd edək ki, belə bir qərar klubun prezidenti Ünal Aysalla Roberto Mançinin görüşündə verilib. Görüş zamanı Aysal təcrübəli mütəxəssisə inandıqlarını və onunla əməkdaşlığı davam etdirmək istədiklərini bildirib. Mançini isə Aysala "Qalatasaray"ın daha uğurla çıxış edəcəyinə söz verib. O vurğulayıb ki, "Cim-Bom" yalnız "Çelsi" ilə matçda pis oyun nümayiş etdirib. Mançini həmçinin azarkeşləri bir qədər səbirli olmağa çağırıb.

Qeyd edək ki, 26 turdan sonra Türkiyə çempionatında üçüncü yeri tutur və ehtiyatında bir oyun az olan lidr "Fənərbaxça"dan səkkiz xal geri qalır. Komanda Çempionlar Liqasında mübarizəni dayandırıb, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə isə "Bursaspor"a qalib gələ bilməyib (2:2). Bu uğursuz nəticələr azarkeşlərin böyük əksəriyyətinin etirazına səbəb olub və onlar Mançinin "Qalatasaray"dan göndərilməsini istəyib ("qol.az").

Tarix
2014.03.28 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla