Yuxarı

"Qızıl Top"un sahibinin adı bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qızıl Top"un sahibinin adı bəlli oldu

“Frans Futbol” nəşrinin 2016-cı il üzrə “Ballon d’Or” (Qızıl top) mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştiano Ronaldo seçilib.

Axar.az xəbər verir ki, mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.

Xatırladaq ki, Kriştiano Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.

Qalibin elan edilməsinə bir neçə saat qalmış Kriştianu Ronaldonun əlində mükafat olan şəklinin “Frans Futbol” jurnalının üz qabığında yayılması ilə artıq sosial şəbəkələrdə “Qızıl top”un sahibinin kim olacağına şübhə qalmayıb.

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos da “Qızıl top” mükafatına namizədlər arasında idilər.

Tarix
2016.12.13 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla