Yuxarı

Araz Abdullayev “Qəbələ”də

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Abdullayev “Qəbələ”də

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını “Qəbələ”də davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Xəbərdə bildirilir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, millidə 20 oyun keçirib.

Tarix
2016.12.31 / 16:35
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla