Yuxarı

İbrahimoviç məşqçiyə qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Vermland dairə məhkəməsi ölkənin atletika yığmasının sabiq məşqçisi Ulf Karlssonu İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Zlatan İbrahimoviçə böhtan atmaqda günahkar sayıb.

Axar.az xəbər verir ki, bunun üçün mütəxəssis oyunçuya 24 min İsveç kronu (2650 dollar) ödəməli olacaq. Məhkəmə belə qənaətə gəlib ki, Karlsson İbrahimoviçi dopinqdən istifadədə birbaşa ittiham etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər.

Qeyd edək ki, ötən il aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi vaxt (2004- 2006-cı il) qısa müddətdə əzələ kütləsini 10 kiloqram artırdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil.

2016-cı ilin yayından "Mançester Yunayted"də çıxış edən isveçli forvard 25 oyuna 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Tarix
2017.01.09 / 18:59
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla