Yuxarı

"Yuventus", "Benfika", "Sevilya", "Valensiya" - 1/2 finalda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yuventus", "Benfika", "Sevilya", "Valensiya" - 1/2 finalda

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib.

"Benfika" Hollandiyada məğlub etdiyi "Alkmaar"la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar.

İtaliya "Yuventus"u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri "Lion"u evdə də 2:1 hesabı ilə məğlub ediblər.

İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. "Sevilya" "Porto"dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib. Səfərdə 3:0 hesabı ilə məğlub olan "Valensiya" öz meydanında əsas vaxtda "Bazel"in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda "Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. "Valensiya" isə daha 2 qol vuraraq yarımfinala yüksəlib.

Avropa Liqası, 1/4 final, cavab oyunları

10 aprel

"Sevilya" (İspaniya) - "Porto" (Portuqaliya) - 4:1

Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90

Qırmızı vərəqə: Coke, 54 ("Sevilya")

İlk oyun – 0:1

"Benfika" (Portuqaliya) - "Alkmaar" (Hollandiya) - 2:0

Qollar: Rodriqo, 39; 71

İlk oyun – 1:0

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1

Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18

İlk oyun – 1:0

"Valensiya" (İspaniya) - "Bazel" (İsveçrə) - 5:0

Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118

Qırmızı vərəqə: Diaz, 100 ("Bazel"), Sauro, 105 ("Bazel")

İlk oyun – 0:3 ("Apasport.az").

Tarix
2014.04.11 / 02:55
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla