Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2020


Almeyda özünə Azərbaycan adı götürür?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın milliləşdirilərək yığma komandamıza cəlb olunacaq braziliyalı futbolçusu Riçard Almeydanın Azərbaycan vətəndaşlığı aldıqdan sonra özünə Azərbaycan adı və ya soyadı götürəcəyi məsələsi müzakirə olunur.

Axar.az xəbər verir ki, məsələ ilə əlaqədar qol.az saytının müxbiri AFFA və “Qarabağ” rəsmilərinə müraciət edib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələ futbolçunun istəyindən asılıdır: "Bu, futboçunun şəxsi işidir. FİFA-nın tələblərinə uyğun şəkildə həll olunmuş məsələdir. Almeyda sırf qanun çərçivəsində milliləşdirilir. Saxta yolla olanda hansısa ad dəyişməsi ola bilər. Qeyd etdiyim kimi, bu cür məsələlər futbolçunun istəyindən asılıdır. O, ad və ya soyadını dəyişməsi ilə bağlı isə bizə nəsə deməyib və sənədləşdirmə işlərində də bununla bağlı nəsə yoxdur”.

Qol.az-ın sorğusuna cavab olaraq, “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürməsi ilə bağlı onlara hər hansı söz deməyib.

Futbolçuya yaxın olan şəxslərdən biri də Qol.az-a bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürmək fikrində deyil.

Tarix
2017.03.02 / 01:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Qarabağ"a görə ürəyim parçalandı - Jezniçak

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirildi

“Qarabağ”ın pley-offdakı rəqibləri bəlli oldu

"Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı

Teymur Rəcəbov şahmat akademiyası açdı

"Qalatasaray"dan Azərbaycana: Yenidən görüşərik...

"Neftçi"nin baş məşqçisi: Uşaq səhvləri etdik

Fateh Terim: Azərbaycandan qardaşcasına ayrılırıq

"Neftçi" "Qalatasaray"a məğlub oldu

Ekspertdən “Qalatasaray” - "Neftçi" matçı haqda - Proqnoz

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla