Yuxarı

Həsən Həsənovun nəvəsi finala çıxdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsən Həsənovun nəvəsi finala çıxdı

Azərbaycanlı çapar Camal Rəhimov beynəlxalq arenada uğurlu çıxışını davam etdirir.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Rəhimov Fransanın Lion şəhərində keçirilən konkur üzrə Dünya Kubokunun finalına çıxıb. Dünya Kubokunun finalında il ərzində müxtəlif turnirlərdə xal toplayaraq kvalifikasiyanı keçə bilən çaparlar iştirak edirlər.

Camal Rəhimov son dərəcə güclü və uğurlu çaparlarla mübarizə aparır. Onların arasında şəxsi konkurda Olimpiya çempionu, isveçrəli Stiv Qerda, Fransanı təmsil edən Avropa çempionu Kevin Staut, dünya reytinqinin lideri, ingiltərəli Skott Braş və digərləri var. Ümumilikdə isə yarışda dünyanın 20 ölkəsindən 41 idmançı çıxış edir. Ən çox idmançını ABŞ (11), Almaniya (5) və Fransa (3) göndərib.

"Warrior" ləqəbli atı ilə çıxış edən Camal Rəhimov Dünya Kubokunun ilk günündə məsafəni itkisiz keçib. İkinci gün isə bir maneəni yıxan çaparımız, kiçik uğursuzluğa baxmayaraq final hissəsində çıxış etmək hüququ qazanan 30 idmançı sırasına daxil ola bilib. Camalın çıxışı mütəxəssislər tərəfindən qeyd olunub və onlar Azərbaycan təmsilçisinin ən gənc iştirakçı olduğunu bildiriblər. Dünya Kubokunun aparıcısı idmançıları təqdim edən zaman Azərbaycan təmsilçinin debüt etdiyini vurğulamağı unutmayıb.

Dünya Kubokunun final hissəsi sabah keçiriləcək. Rəhimov hazırda 24-cü yerdədir. Final mərhələsinə keçmiş SSRİ-dən cəmi 2 idmançı vəsiqə qazanıb. Bunlar Azərbaycan və Latviya təmsilçiləridir.

Qeyd edək ki, Camal Rəhimov Azərbaycanın Polşadakı səfiri, keçmiş Xarici İşlər naziri Həsən Həsənovun nəvəsidir.

Tarix
2014.04.20 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla