Yuxarı

Federasiyanın işi sadəcə heyranlıq doğurur - FİG

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Federasiyanın işi sadəcə heyranlıq doğurur - FİG

Azərbaycan Gimnastika Federasiyasının işi sadəcə heyranlıq doğurur.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Baş katibinin müavini Nikolya Bumpen jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Beynəlxalq Federasiya Azərbaycan Gimnastika Federasiyasının işini diqqətlə müşahidə edir: "Biz görürük ki, Azərbaycan Gimnastika Federasiyası nə qədər iş görür və bu bizdə sadəcə heyranlıq doğurur. Federasiyanın Baş katibi, mənim dostum Fərid Qaibov öz işinin əsl peşəkarıdır və hər dəfə Bakıda yarışları yüksək səviyyədə təşkil etməklə bunu sübut edir".

N.Bumpen qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası hazırda istənilən gimnastika turnirini təşkil etmək imkanına malikdir: "Bu arenada istənilən yarışı keçirmək olar. Bakıda 2019-cu ildə bədii gimnastika üzrə Dünya Çempionatı keçiriləcək. Gimnastikaya hər zaman yenilik, dinamiklik lazımdır ki, ona baxmaq maraqlı olsun. Azərbaycan Gimnastika Federasiyası da hazırda məhz bu işlə məşğuldur. Hər dəfə mən Federasiyanın işini gördükdə fikirləşirəm ki, bu gimnastikanın gələcəyidir".

N.Bumpen bildirib ki, Azərbaycana səfərinin məqsədi mayda Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçiriləcək şurası öncəsi hazırlıqla tanış olmaqdır: "Əsas məqsədim burada forumun keçirilməsi üçün otellərin və nəqliyyatın FİG standartlarına uyğunluğunu yoxlamaqdır".

Tarix
2017.03.17 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla