Yuxarı

“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı bəlli olub. “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib.

APA xəbər verir ki, buna XXIII turun nəticələri səbəb olub. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun yetirmələri 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub. Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.

Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdi. Mövsümün sonuna 5 tur qaldığından zirəlilər bütün görüşlərdə qalib gəlsə də, 15 xal əldə edəcək. Belə nəticə də 2-ci yerə çatmağa yetərli deyil. Bu isə o deməkdi ki, “Qarabağ”la çempionluq mübarizəsi aparan “Qəbələ” finişə 5 tur qalmış mükafat qazanacağını rəsmiləşdirib.

İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Əyalət klubu ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada “üçlük”də yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.

Tarix
2017.03.20 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla