Yuxarı

Oliqarxımız fransızlara pul tökür, bakılılara isə maaş vermir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oliqarxımız fransızlara pul tökür, bakılılara isə maaş vermir

"Baglan Qrup"un prezidenti Hafiz Məmmədov Fransanın "Lans" klubuna 2 milyon avro mükafat vəd verib.

Bu barədə "Axar.az"a kluba yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Fransanın 2-ci divizionunda yarışan "Lans" son turda "Nansi"ylə 1:1 bərabərliyə qalaraq, yuxarı diviziona çıxmaq şansını təhlükəyə atıb. Klub hazırda 4-cü yerdədir.

Məhz bu səbəbdən Hafka səxavət kisəsinin ağzını açıb. O, klubun yuxarı diviziona çıxacağı halda 2 milyon avro mükafat vəd verib.

Mənbənin dediyinə görə, Fransa klubuna qarşı əliaçıqlıq göstərən Hafiz Məmmədovun doğma klubu "Bakı"da isə 2 aydır əməkhaqları və mükafatlar verilmir. Son oyunda, autsayder "Sumqayıt"la matçda oyunçular 90 dəqiqəni sanki yola verməklə məşğul idilər.

Dünən isə məlum olub ki, Məmmədov Azərbaycan çempionatının 1-ci dəstəsində oynayan və sponsorluq etdiyi "Lokomotiv" klubunu ümumiyyətlə buraxıb.

Məlumata görə, "Lokomotiv"in oyunçularına Məmmədovun 3 aylıq borcu yaranıb.

Tarix
2014.04.29 / 13:04
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla