Yuxarı

Millimiz İsrailə də aman vermədi: 3-0

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda üçüncü gündə sonuncu görüş Azərbaycan və İsrail milliləri arasında baş tutub. Azərbaycan komandası oyunda 3:0 hesabı ilə qalib gəlib.

Axar.az xəbər verir ki, ilk setdə Azərbaycan komandası 25:9 hesabı ilə asan qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən ikinci setdə Azərbaycan komandası 25:14 hesabı ilə üstün olub. Üçüncü seti də qələbə (25:18) ilə başa vuran Azərbaycan komandası matçda qalibiyyətini rəsmiləşdirib.

Hazırda Azərbaycan və Hollandiya milliləri 9 xalla “E” qrupunda liderdirlər. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail 3 xalla üçüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.

Azərbaycan millisi növbəti oyununu iyunun 3-də saat 17.30-da Hollandiya yığmasına qarşı keçirəcək.

Tarix
2017.06.02 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla