Yuxarı

Millimiz dünya çempionatına vəsiqə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz dünya çempionatına vəsiqə qazandı

İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunun oyunlarına yekun vurulub.

Axar.az xəbər verir ki, günün mərkəzi oyunu Azərbaycan və Hollandiya yığmaları arasında oynanılıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçdan Azərbaycan voleybolçuları qalib ayrılıb. Komandamız hər üç setdə rəqibindən üstün olub – 30:28; 25:22; 25:13. Bununla da qrup lideri olan millimiz dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. Hollandiya təmsilçiləri isə play-offda mübarizə aparacaq.

Günün açılış oyununda Norveç komandası ilə qarşılaşan İsrail millisi görüşdə 3:1 hesablı qələbə qazanıb – 25:19; 15:25; 25:17; 25:15. Beləliklə, İsrail yığması turnirdə dördüncü, Norveç komandası isə beşinci olub.

Ukrayna və Danimarka voleybolçuları isə beşinci günün sonuncu oyununda üz-üzə gəliblər. Ukrayna təmsilçiləri hər üç setdə çətinlik çəkmədən rəqiblərini məğlub ediblər – 25:14; 25:18; 25:16. Bu nəticələrdən sonra Ukrayna millisi turniri üçüncü pillədə başa vurub. Danimarka voleybolçuları isə xal qazana bilməyiblər.

Tarix
2017.06.03 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla