Yuxarı

Azərbaycana UEFA reytinqində irəliləyiş vəd edən görüşlər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana UEFA reytinqində irəliləyiş vəd edən görüşlər

Bu gün start götürən avrokubokların I təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini dəyişə bilər.

APA-nın məlumatına görə, növbəti sınağına çıxacaq “Zirə” və “İnter”in görüşləri əhəmiyyət kəsb etsə də, həlledici deyil.

İlk növbədə Azərbaycanın irəliləyiş perspektivini nəzərdən keçirək. Hazırda 15,250 xalla 23-cü olan ölkəmiz iki pilləyədək önə gedə bilər. Amma bunun üçün təkcə qələbələr kifayət deyil.

“Zirə” səfərdə Lüksemburq “Differdanj”ını, “İnter” isə evdə Serbiya “Mladost”unu məğlub etməli və “qonşular”ımızın büdrəməsini gözləməliyik. 21-ci olan Belarusdan 0,500, 22-ci olan Bolqarıstandan 0,375 xal geri qalmağımız onların təmsilçilərinin uduzmasına ümid etmək zərurəti yaradır.

Belarusa xal hesabında çatmaq, əlavə göstəricilərdə arxada qoymaq üçün bizimkilər 2 qələbə qazanmalı, onlar isə xala həsrət qalmalıdı. Hər iki Belarus təmsilçisi səfərdə oynadığından bunun reallaşması mümkündür. Amma bu ehtimal da aşağıdı. Çünki rəqiblər də o qədər güclü deyil. Lakin “Suduva” (Litva) - “Şaxtyor” (Belarus) və “Runavik” (Farer adaları) - “Dinamo” (Belarus) görüşlərində meydan sahiblərinə azarkeşlik etməliyik.

Bolqarıstanın isə üç təmsilçisi var. Bu komandalardan biri uduzmasa da yetərlidi. Bizimkilər qələbələri sıralasa, balkanlılar 1 heç-heçədən artığına nail olmasa, onda bu ölkəni keçmiş olacağıq.

Hər üç şərt – bizimkilərdən 2 qələbə, Belarusdan 2 məğlubiyyət, Bolqarıstandan maksimum 1 heç-heçə gerçəkləşsə, Azərbaycan özü üçün tarixi mövqedə 21-ci sırada qərarlaşacaq. Əgər Belarusla Bolqarıstandan biri şərtə “əməl etməsə”, 22-ci yerdə olacağıq.

Bolqarıstan klublarından ikisi evdə, biri səfərdə oynayacaq. “Botev” (Bolqarıstan) “Partizani” (Albaniya), “Dunav” (Bolqarıstan) “İrtış”ı (Qazaxıstan) qəbul edəcəksə, “Levski” (Bolqarıstan) “Sutyeska”nın (Monteneqro) qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan irəliləməsi kimi geriləməsi də mümkündü. Kipr, İsveç və Şotlandiya ölkəmizi keçmək imkanına malikdi. Lakin təmsilçilərimizin uğursuz çıxışı o qədər inandırıcı deyil.

Tarix
2017.07.04 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla