Yuxarı

"Qəbələ" Hollandiya komandasına qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" Hollandiya komandasına qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama matçını keçirib.

APA-nın məlumatına görə, Roman Qriqorçukun yetirmələri hazırlıq çərçivəsində Hollandiya “Utrext”i ilə görüşüb.

Bu matç təmsilçimizin Avstriyada son oyunu olub. Bunadək 7 matçda qüvvəsini sınayan “qırmızı-qaralar” 8-ci qarşılaşmasına çıxıb.

Görüş təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu yeni transfer Kone vurub.

Qeyd edək ki, “Qəbələ” bunadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”ı (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Lüdoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0) və Ukrayna “Dinamo”su (1:2) ilə qarşılaşıb.

Tarix
2017.07.09 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla