Yuxarı

Özüm də bilmirəm ki, vəziyyət nə yerdədi - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ ki, meydançanı görməmişəm, ancaq düşünürəm ki, hər şey qaydasında olacaq. Stadion çox yaxşıdır. Soyunub-geyinmə otaqlarında hiss olunur ki, peşəkarlar işləyiblər.

APA-nın məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Yagelloniya” ilə qarşılaşacaq “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı matç haqqında fikirlərini bölüşüb.

O, mərhələ keçmək üçün şanslarının olduğunu bildirib: “Şanslar haqqında danışmaq bir az çətindi. Əgər cəmi bir şansımız varsa, biz onu həyata keçirməyə çalışacağıq. Ancaq düşünürəm ki, bizim sabahkı oyun üçün birdən daha çox şansımız var. Komandamızda hər şey qaydasındadı. Səyahət haqqında danışmaq istəmirəm. Oyuna hazırıq”.

Qriqorçuk komandasının hazırlığı barəsində də danışıb: “Düşünürəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşq bizə bir az daha yaxşı olmaqda kömək edib. Nə qədər xeyri olub, sabahkı matç göstərəcək. İndi mən sizə komandanın vəziyyəti haqqında nəsə demək istəsəm də, bunu edə bilmərəm, çünki özüm də bilmirəm ki, vəziyyət nə yerdədi. Onu bilirəm ki, sabah meydana hansı heyət çıxsa, onlar ilk dəfə birlikdə oynamış olacaqlar. Sabah üçün bizim bir neçə heyət variantımız var. Hələ ki, hansını seçəcəyimə qərar verməmişəm”.

Ukraynalı mütəxəssis əsasən hücum futbolu oynayacaqlarını deyib: “İlk oyunda elə nəticə qeydə alınıb ki, biz qol və ya qollar vurmağa məcburuq. Hətta başqa hesab – məsələn, 0:0 da olsaydı, yenə də məqsədimiz qol vurmaq olacaqdı. Çünki futbolu belə görürük, bizim üçün futbol hücumdan ibarətdi. Nəticədən asılı olmayaraq oynamaq, meydanda aqressiv olmaq istəyirik. Bu görüşdə evdəkindən daha yaxşı oynayacağıq”.

Tarix
2017.07.19 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla