Yuxarı

“Qəbələ” yunan əjdahasına qarşı: tarix təkrarlanacaqmı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qəbələ” yunan əjdahasına qarşı: tarix təkrarlanacaqmı?

"Panatinaikos”la iki il əvvəlki qarşılaşmalarımız həmin dövr üçün müsbət hadisə idi. Bu gün isə bütün bunun heç bir əhəmiyyəti yoxdur. Sabah heyətini yeniləmiş iki komanda oynayacaq. İki il əvvəlki ilə müqayisədə bizim komanda çox dəyişib.

Bakupost.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis rəqib haqda çox şey bildiklərini vurğulayıb: "Lakin sabahkı matç barədə nəyisə ehtimal edə bilmərik. Özümə də sabahkı oyunun necə alınacağı maraqlıdır. "Panatinaikos”u kifayət qədər yaxşı tanıyırıq.

Rəqib haqda çox məlumatımız var. Bilirik ki, bu komandanın heyəti çox dəyişib. İki il əvvəlki qarşılaşmalardan yalnız bir neçə oyunçu qalıb. Biz ayrı-ayrı futbolçular, hətta kluba yeni qoşulanlar haqda da məlumat toplamışıq. Daim püşkü normal qarşılayıram. Başa düşürük ki, Avropa miqyasında adi bir komandayıq. Bu üzdən bizim üçün də istənilən komanda ciddi rəqibdir".

Onun sözlərinə görə, "Panatinaikos” böyük ada malik komandadır, brenddir: "Sevinirik ki, belə komanda ilə qarşılaşacağıq.

Bu görüşlər bizim üçün müəyyən hadisədir. İlk matçın harada keçirilməsini nə müsbət, nə də mənfi məqam sayıram. Prinsipcə bunun əhəmiyyəti də yoxdur”.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İki il qabaq "Qəbələ” bu rəqibini yenərək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla hamını heyrətləndirmişdi.

Tarix
2017.07.27 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla