Yuxarı

Artığını etmək istəyirdik, lakin... - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbəyə şadam. Sonluqda istədiyimiz kimi çıxış etmədiyimizi gördüm. Çoxlu sayda oyunlar olub ki, fərqlənmək imkanlarımızdan yararlana bilməmişik. Bu dəfə isə əksinə oldu.

Report-un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "İnter"i 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Penalti epizodu zamanı Filip Ozobiçlə Cavid Hüseynov arasında dialoq baş verdi. Onlar nəyin mübahisəsini edirdilər?

- Hansı söhbəti etdiklərini eşitmədim. Hər ikisi ştatlı penalti ustalarıdır. Yəqin ki, zərbəni necə vurmağı müzakirə ediblər.

- İlk hissənin sonunda Stiven Jozef-Monrozun hərəkətindən sonra onu Famussa Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız...

- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim?

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidir. Ona görə təsəvvür eləmək çətindir.

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdur.

- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsınız?

- Onlar özü komandanı tərk etmək istədilər. Biz də razılaşdıq.

- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?

- 2:0 hesabı ilə üstün olduğumuz anda təzyiqi daha da artırmalı idik. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidir. Futbolçularım bunu öyrənməlidir.

- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı...

- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odur ki, hamısı sağlamdır. Gələcəkdə hər birinə şans verməyə çalışacağam.

Tarix
2017.08.13 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla