Yuxarı

Hafiz Məmmədov ingilis "Bayquşları"nı aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı, "Bakı" FK-nın prezidenti Hafiz Məmmədovun uzun müddətdir müzakirəsi gedən və alğı-satqısı barədə dəfələrlə xəbərlərin verildiyi İngiltərənin "Şeffild Uensdey" klubunu aldığı nəhayət ki təsdiqlənib.

Bu haqda klubun rəsmi saytında klub prezidenti Milan Mandariç məlumat verib.

ANS-in xarici mediaya istinadla yaydığı xəbərdə serbiyalı milyarderin 50 milyon avro müqabilində klubun səhmlərini Hafiz Məmmədova satdığı qeyd olunur.

Hafiz Məmmədov, həmçinin bu il Fransanın I Liqasında mübarizə aparacaq "Lans" klubunun da sahibidir.

Xatırladaq ki, H.Məmmədovun İngiltərənin "Şeffild Uensdey" klubunu alması barədə xəbər 2 ay öncə yayılmışdı. Həmin vaxt danışıqlar aparıldığı və artıq razılaşma əldə olunduğu qeyd edilirdi. İngiltərə mediasının bank hesabında 2 milyard nəğd pul olduğu barədə bilgi verdiyi Hafiz Məmmədovun alğı-satqını reallaşdıracağına şübhə edilmirdi.

"Şeffild Uensdey" klubunun ("Bayquşlar") uğur qazanma şansı isə o qədər də yüksək qiymətləndirilmir.

Tarix
2014.06.11 / 00:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla