Yuxarı

AFFA ilə bağlı şok iddia – Məktub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA ilə bağlı şok iddia – Məktub

"Azərbaycanın U-15 (15 yaşlılardan ibarət yığma) komandasının oyunçularının əksəriyyəti AFFA-nın işçilərinin övladlarıdır".

Bu sözləri Axar.az-a adının açıqlanmasını istəməyən şəxs göndərdiyi şikayət məktubunda yazıb.

Onun sözlərinə görə, dövlət tərəfindən futbola ayrılan vəsait şəxsi mənafelər uğrunda dəyərsizləşdirilir: "Nəticədə Azərbaycan futbolunda dərin böhran yaranır ki, bunun da səbəbi AFFA-dakı mövcud "bazardır"".

Mənbə iddia edir ki, Azərbaycan yığmasının təlim-məşq toplantısına dəvət edilən futbolçuların əksəriyyətinin bu sahə üzrə nailiyyəti yoxdur, sadəcə qohumluq bağlarına görə dəvət ediliblər.

Bununla bağlı Axar.az-a açıqlama verən AFFA-ın U-15 komandasının baş məşqçisi Aslan Kərimov yazılanları gülünc səsləndiyini bildirdi:

"Məlumat kökündən yanlışdır. Oyunçuların əksəriyyəti kasıb ailələrin uşaqlarıdır. Biz yaxşı oynayan heç bir oyunçudan imtina etmirik".

A.Kərimovun sözlərinə görə, təlim-məşq toplantısına dəvət edilən futbolçulardan hansısa yüksək nailiyyət gözləmək düzgün deyil:

"Hansı nailiyyəti olmalıdır ki, bu futbolçuların? Hansısa futbolçunun nailiyyəti varsa, bu o demək deyil ki, o həm də peşəkar oyunçudur. Azərbaycan çempionu olan "Bakı" klubundan yetərincə futbolçu çağırmışıq. Ancaq bu, heç də çempion olan bir klubun bütün futbolçularının əla oyunçu olduğunu təsqdiqləmir".

Tarix
2014.06.11 / 18:12
Müəllif
Aygün Qarayeva
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla