Yuxarı

Adil Əliyev Türkiyə mətbuatında - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Hollandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri, millət vəkili Adil Əliyevin Quba soyqırımı barədə fikirləri Türkiyə saytlarında yer alıb.

Quba Soyqırımı Memorial Kompleksində çıxış edən millət vəkili ermənilərin 1918-ci ilin mart ayında törətdikləri soyqırımdan danışıb. "Hər bir azərbaycanlı, türk insanı bu soyqırım haqqında, ermənilərin tarixdə başımıza gətirdikləri faciələrlə bağlı xarici insanlara məlumat verməlidir. Bu zaman bizim dərdlərimizi dinləyən insanların sayı artacaq. Bu bizim qan davamızdır və ermənilər törətdikləri qanlı tarixə görə cavab verməlidirlər",- deyə Adil Əliyev vurğulayıb.

Millət vəkilinin bu fikirləri Türkiyənin sporajans.com.tr, haberiniz.com.tr, hasulkuhaber.com, mevzuvatan.com, turkhaberdunyasi.com və s.saytlarında yer alıb.

Qeyd edilən saytlar da millət vəkilinin dəvəti ilə Azərbaycana səfərə gələn nüfuzlu holland iş adamı Jeroen Labeurin fikirlərini də dərc etdirib.

"Bu gerçəklər göstərir ki, insanlar vəhşicəsinə qətl edilib. Gördüklərimdən dəhşətə gəldim. Bu, faciədir. Çox təəssüflənirəm ki, tarixdə belə faciələr meydana gəlib. Bir daha bu kimi faciələrin baş verməməsi üçün insanlar sülh içində yaşamalıdır",- deyə Jeroen Labeur bildirib.

ANS

Tarix
2014.06.13 / 18:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla