Yuxarı

Ermənistandan Bakıya salam göndərən “qaqa” - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın alban futbolçusu Ansi Aqolli 35 yaşını qeyd edib.

Axar.az bildirir ki, Aqolli 1982-ci il oktyabrın 11-də Albaniyanın paytaxtı Tirana şəhərində anadan olub. “Qarabağ”ın əsas oyunçularından olan Aqolli peşəkar futbolçu olmaqla yanaşı, Azərbaycanı çox sevir və hər dəfə bunu dilə gətirir.

Onun Qarabağın Ağdam rayonunun əhalisinə xas olan “qaqa” sözündən xoşu gəlir və bu müraciəti tez-tez işlədir. Aqolli həmçinin Azərbaycan dilini də müəyyən qədər öyrənib.

Bu gün “Qarabağ” klubu dünyanın ən mötəbər klub turniri olan Çempionlar Liqasında iştirak edir və şübhəsiz ki, bunda Ansinin də rolu var. “Qarabağ”ın əfsanələrindən olmaq yolunda addımlayan Ansi Aqolli həm meydanda, həm də futboldan kənarda Azərbaycana necə bağlı olduğunu daim göstərir.

Aqollinin xüsusən Avro-2016-nın seçmə mərhələsində Ermənistan yığması üzərində (0-3) qələbədən sonra “Vazgen Sərkisyan anvan Hanrapetakan Marzadasht” stadionundan ölkəmizə, xalqımıza salam göndərməsi böyük rəğbətlə qarşılanmışdı.

Tarix
2017.10.12 / 12:08
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla