Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


Azərbaycan polisi 1090 kq qaldırıb qızıl qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-dən 5-dək Moskvada pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda bu idman növündə də favorit hesab olunan Azərbaycan millisi qatılaraq növbəti uğurunu qazanıb. Dünyanın ən güclü atletlərinin yarışında millimizin heyətində təmsil olunaraq qələbə uğrunda mübarizə aparan polis idmançılarından Samux RPŞ-nin inspektoru, polis kapitanı Rüfət Ağayev yarışın proqramına daxil olan çiyində ştanqla oturub qalxma hərəkətində 470 kiloqram, ştanqı qurşağadək dartmaqda 340 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 280 kiloqramın öhdəsindən gəlməklə çəkisi 125 kiloqramadək olan, xüsusi təchizatla yarışan atletlər arasında ümumilikdə 1090 kiloqram nəticə ilə qızıl medal qazanıb, səkkizinci dəfə dünya çempionu adına sahib olub.

Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Razim Hüseynov çəkisi 125 kiloqramadək olan təchizatsız yarışan idmançıların sırasında çiyində ştanqla oturub qalxma hərəkətində 345 kiloqram, ştanqı qurşağadək dartmaqda 330 kiloqram, ştanqı sinədən qaldırma hərəkətində isə 250 kiloqramın öhdəsindən gəlməklə ümumilikdə 925 kiloqram nəticə ilə millimizin medal mücrüsünə daha bir qızıl medal əlavə edib, dünya çempionu adını qazanıb.

İsmayıllı RPŞ-nin polis nəfəri, polis baş serjantı Kamil Qafarov çempionatda “bench press” - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində o, 240 kiloqram nəticə ilə bütün rəqiblərini geridə qoyub, altıncı dəfə dünya çempionu adını qazanıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Roman Əhmədov isə “deadlift”- ştanqı qurşağadək dartma hərəkətində yarışaraq, çəkisi 82 kiloqramadək olan idmançılar arasında 225 kiloqramı qaldırmaqla ikinci yeri tutub.

Tarix
2017.11.08 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İsveç Cənubi Koreyaya qarşı - Yenilənir

4 il əvvəl səkiləri boyayan gənc Braziliya millisində - Foto

Meksikalı azarkeşlərin sevinci zəlzələyə səbəb oldu

Baş məşqçi açıqladı: Mundialda ağlasığmaz hiylə

Neymar Braziliyanı xilas edə bilmədi

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

"Neftçi"dən millimizin futbolçusu ilə yeni müqavilə

Salah tapmacası bitdi - Nə vaxt meydana qayıdır?

DÇ-də günün son oyunu: Xorvatiya Nigeriyaya qalib gəldi

Messi penaltini vura bilmədi, Maradona dava saldı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla