Yuxarı

“Bakı” “Atletiko”nun futbolçusunu cəzalandıracaq!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı” “Atletiko”nun futbolçusunu cəzalandıracaq!

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Atletiko" (Madrid) – "Zenit" qarşılaşmasının 79-cu dəqiqəsndə meydana sonradan çıxan və komandasının 3-cü qoluna imza atan "Atletiko"nun futbolçusu Leo Baptistonun üzərindəki forma diqqəti cəlb edib. Belə ki, futbolçunun formasında ənənəvi olaraq "Land of Fire Azerbaijan" sözləri yazılmayıb.

Xatırladaq ki, "Bakı" ilə "Atletiko" arasında bağlanan müqavilənin şərtlərinə görə, "Atletiko" futbolçuları üzərində "Land of Fire Azerbaijan" yazılan formalarla meydana çıxmalıdırlar.

Müqavilənin şərtlərinin pozulması ilə əlaqədar "Bakı" klubunun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərovla əlaqə yaratdıq. İ.İsgəndərov "Axar.az"a verdiyi açılamada futbolçunun klub tərəfindən cəzalandırılacağını bildirdi: "Biz məsələni araşdırdıq və məlum oldu ki, futbolçu meydana daxil olarkən səhv edərək başqa forma geyinib. Buna görə də klub futbolçunu cəzalandırmağı qərara alıb".

Tarix
2013.09.19 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla