Yuxarı

"Qəbələ" Türkiyə komandası ilə qarşılaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində təşkil olunan qarşılaşma “qırmızı-qaralar”ın yeni ildə ilk matçı olub. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüb.

Görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Qəbələ”nin heyətində Filip Ozobiç fərqlənib.

“Qəbələ” 2018-ci ildəki ilk qarşılaşması klub tarixində 94-cü beynəlxalq yoldaşlıq oyunu olub. Həm Qəbələdə, həm də ölkə xaricində baş tutan toplanışlar çərçivəsində xarici klublarla 93 matç keçirən “qırmızı-qaralar” bu görüşlərin 59-nu Türkiyədə oynayıb. Bugünkü görüş “qırmızı-qaralar”ın 14-cü dəfə təlim-məşq toplanışına getdiyi ölkədə 60-cı beynəlxalq sınağı olub. Bunlardan 26-da qələbə qazanan “Qəbələ” 16 heç-heçə edib və 17 dəfə uduzub. Xarici komandalarla buradakı matçlarda 100 qol vuran futbolçularımız 68 top buraxıblar.

Tarix
2018.01.10 / 21:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla