Yuxarı

Millimizin baş məşqçisi: Bu oyun çox ağır olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komandada əhval-ruhiyyə yüksəkdir. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacam".

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Futzal millimizin baş məşqçisi Joze Alesio Avropa çempionatının final mərhələsində sabah Fransa ilə keçirilək oyun haqda danışarkən deyib.

Braziliyalı mütəxəssis oyunun çox ağır olacağını bildirib: "Fransa millisi bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı play-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var. Əlbəttə, çox çətin, ağır oyun olacaq.

Thaqo artıq bir həftədi məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdır. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdır. Çünki bu görüş bizim üçün final oyununa bərabərdir. Qələbə qazana bilsək, 1/4 final mərhələsinə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik”.

Tarix
2018.02.02 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla