Yuxarı

İki qadını vuran futbolçumuz maşınını satır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki qadını vuran futbolçumuz maşınını satır

"Neftçi" klubun futbolçusu Araz Abdullayev "90 XF 350″ dövlət nömrə nişanlı "Nissan Z 350″ markalı maşınını satışa çıxarıb.

MediaPost.az-ın xəbərinə görə, futbolçu bu səhər maşını ilə Badamdar qəsəbəsində yerləşən "Bakı Avtomobillərin Satış Mərkəzi"ndə görünüb. Əməkdaşımız onu görüntlüməyə çalışsa da, o tez ərazidən uzaqlaşıb. Maşın bazarıdan çalışan satıcılardan biri müxbirimizə deyib ki, futbolçu maşınını satmağa gətirib. Tuning olunmuş "Nissan Z 350″-ə alverçilər ilkin olaraq 18 min dollar qiymət qoyublar. Lakin bu qiymət futboluçunu qane etməyib. Alverçilərin sözlərinə görə, sağ ön hissəsi dəyişdirilən maşın üçün bu qiymət çoxdur.

Qeyd edək ki, ötən il "Neftçi" klubunun futbolçusu Araz Abdullayev bədbəxt hadisə ilə üzləşmişdi. Gənc futbolçu klubun bazasına yollanarkən avtomobil qəzası törətmişdi. Abdullayevin idarə etdiyi "Nissan" avtomobili Nobel prospektində yolu təmizləyən süpürgəçini vurmuşdu. Həmin şəxs isə aldığı zərbədən yerindəcə ölmüşdü. Hadisədən dərhal sonra Xətai Rayon Polis İdarəsindən verilən məlumatda ölənin qadın Zəminə Hüseynova olduğu bildirilirdi. Qəza nəticəsində ağır bədən xəsarətləri alan daha bir nəfər – 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi. Olaydan sonra Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılmışdı.

Tarix
2014.08.03 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla