Yuxarı

Penaltinin olduğu kosmosdan da görünərdi - Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən artıq bundan yorulmuşam. Üç ildir ki, eyni şey təkrarlanır. Mən sadəcə, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə keçirilən oyundan (1:1) sonra deyib.

Ukraynalı mütəxəssis görüşün baş hakimi Ömər Paşayevin idarəçiliyindən narazı qaldığını bildirib: “Qol vururuq, oyundankənar vəziyyət verilir. Bilmirəm niyə belə edirlər, “Qəbələ”nin günahı nədi... Bu cür mümkün deyil. Rəqib yaxşı oynadı, bunu qəbul edirəm. Qarşıda kubok oyunlarımız var. Keçən mövsümdə, “Neftçi” ilə kubok oyununda da təmiz penaltimiz verilməmişdi”.

Qriqorçuk jurnalistlərin suallarını da cavablandırıb.

- “Qəbələ” adi vəziyyətdə öz qapısına qol vurursa, bunda hakimlərin günahı nədir?

- Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdü, “Qarabağ” bizdən daha üstündür. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odur ki, öz üzərimizdə çox işləməliyik, sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur.

- Keçən oyunlarda Vernidubun səhvlərindən xallar itirmişdiniz.

- Belə getsə, onlar bombardirlər siyahısına qoşulacaqlar. Çempionatda bombardirlər 8 qol vurub, buna nəzər salsaq, həmin futbolçulara çatmaları çətin olmamalıdır. Ancaq bunun olmasını arzulamazdım. Ciddi cavab versəm, həm Verniduba, həm də Stankoviçə hörmətim var.

- Limit istədiyiniz heyəti seçməkdə nə dərəcədə əngəl olur?

- Hücumçularımız hamısı legionerlərdir. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram.

Tarix
2018.03.13 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla