Yuxarı

Qurbanov “diktator” olmasından danışdı: Pis fikir...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov “diktator” olmasından danışdı: Pis fikir...

Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, mübarizə var idi. Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı. Neçə oyundur uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik.

APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVI turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan Ağdam klubu 0:1 hesablı məğlubiyyətə üzülüb.

Matçdan sonra mətbuat konfransı keçirən təcrübəli çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.

- Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?

- Qoldan başqa da bəzi səhvləri var idi. Buna görə, eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.

- Riçard Almeydanın oynamamasının səbəbi nə idi?

- O, həm zədəlidi, həm də sarı vərəqəsi var idi.

- Dino Ndlovu sizin barənizdə diktator olduğunuzu deyib. Onun fikirləri sizi əsəbləşdirmir ki?

- Bunları pis fikir kimi qiymətləndirməzdim. Bu, klubun kodeksində də yazılıb ki, futbolçu intizamlı olmalıdı. Şəxsi həyatına da diqqət yetirməlidi. Fikrimcə, bu, kluba verilən dəyərdi. Elə futbolçularımız var ki, oyun səviyyəsi hərdən aşağı düşür. Onlara nəzarət etmək lazımdı.

- Futbolçuların şəxsi həyatına nəzarət sırf sizin kurasiyanızdadır?

- Bu barədə məlumat verə bilmərəm.

- Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətəuyğundu?

- Bu barədə mənim məlumatım yoxdur. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.

- “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...

- Bu barədə məndə heç bir məlumat yoxdu.

- Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı...

- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdu.

- Çempionluğu təmin etmisiz, ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiz?

- Ola bilsin, milli komandanın üzvlərini bir qədər tez icazə verdim.

Tarix
2018.05.06 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla